BAKI, 23 avqust. TELEQRAF
Türkiyənin "Qalatasaray" komandası İspaniya "Barselona"sının futbolçusu Runi Bardaqci ilə maraqlanır.
Teleqraf xəbər verir ki, bu barədə "Fichajes" saytı məlumat yayıb.
Mənbənin məlumatına görə, İstanbul təmsilçisi 19 yaşlı yarımmüdafiəçini 1 illik icarəyə götürmək istəyir. Kataloniyalılar isveçli oyunçunun qeydiyyatında yaranan problemlərə görə bu keçidə razılıq verə bilər.
Qeyd edək ki, Runi Bardaqci iyulun 14-də Danimarkanın "Kopenhagen" klubundan 2,5 milyon avro qarşılığında "Barselona"ya keçib. O, ötən mövsüm ərzində 6 oyunda meydana çıxıb.