BAKI, 20 avqust. TELEQRAF

Türkiyə “Qalatasaray”ı İngiltərənin “Mançester Siti” klubuna futbolçu Manuel Akanci üçün rəsmi təklif göndərib.

Teleqraf “Foot Mercato”ya istinadən xəbər verir ki, “sarı-qırmızılar” isveçrəli müdafiəçi üçün qarşı tərəfə 15 milyon avro ödəməyə hazırdır.

Mançester təmsilçisi bu təklifdən imtina edərək 18 milyon avro tələb edib.

“Qalatasaray” nümayəndələrinin bu gün 30 yaşlı oyunçunun agenti ilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, Manuel Akanci 2022-ci ilin yayından “Mançester Siti”dədir. O, son mövsüm ərzində meydana çıxdığı 40 oyunda 1 məhsuldar ötürmə edib.