BAKI, 1 avqust. TELEQRAF

Xorvatiyada "Hayduk" və "Zirə" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü başa çatıb.

Teleqraf xəbər verir ki, Split şəhərindəki "Polyud" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 19-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Filip Krovinoviç açıb.

77-ci dəqiqədə "Zirə" daha bir zərbə alıb. Quima qırmızı vərəqə ilə meydandan qovulub. Azlıqda qalmasına baxmayaraq, Azərbaycan təmsilçisinin futbolçusu İssa Cibrila 90+3-cü dəqiqədə bərabərlik qolunu vurub.

İlk matçda da eyni hesab qeydə alındığı üçün əlavə vaxt təyin olunub. Bu bölümdə isə "Hayduk" 95-ci dəqiqədə Yassin Benraunun cərimə zərbəsindən vurduğu qolla yenidən önə keçib.

Qalan müddətdə fərqlənə bilməyən "Zirə" 1:2 hesabı ilə uduzaraq, mübarizəni erkən dayandırıb.

***

01:06

Xorvatiyada "Hayduk" və "Zirə" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə üçüncü qol vurulub.

Teleqraf xəbər verir ki, 95-ci dəqiqədə Split təmsilçisinin futbolçusu Yassin Benrau cərimə zərbəsini dəqiq yerinə yetirib.

Bununla da "Hayduk" əlavə vaxtda hesabda önə çıxıb - 2:1.

***

00:54

Xorvatiyada "Hayduk" və "Zirə" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə hesab bərabərləşib.

Teleqraf xəbər verir ki, Split şəhərindəki "Polyud" stadionunda təşkil olunmuş qarşılaşmanın 90+3-cü dəqiqəsində İssa Cibrila "Zirə"ni məğlubiyyətdən xilas edib.

İlk matçda da eyni hesab qeydə alındığı üçün oyun əlavə vaxta gedib.

***

00:37

Xorvatiyada "Hayduk"a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə azlıqda qalıb.

Teleqraf xəbər verir ki, 77-ci dəqiqədə Quima kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Hazırda "Zirə" hesabda geridədir - 0:1.

***

23:48

Xorvatiyada "Hayduk" və "Zirə" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə ilk yarı başa çatıb.

Teleqraf xəbər verir ki, 19-cu dəqiqədə Filip Krovinoviçin vurduğu qolla "Hayduk" hesabda öndədir - 1:0.

***

23:19

Xorvatiyada "Hayduk" və "Zirə" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə hesab açılıb.

Teleqraf xəbər verir ki, 19-cu dəqiqədə Filip Krovinoviç kapitan Marko Livayanın ötürməsindən sonra "Hayduk"u önə çıxarıb - 1:0.

***

23:00

Xorvatiyada "Hayduk" və "Zirə" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü start götürüb.

Teleqraf xəbər verir ki, qarşılaşma Split şəhərindəki "Polyud" stadionunda keçirilir.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab görüşü

23:00. “Hayduk” (Xorvatiya) – “Zirə” (Azərbaycan) - 2:1 (ƏSAS VAXT - 1:1, ƏLAVƏ VAXT - 1:0)
Qollar:
Filip Krovinoviç, 19. Yassin Benrau, 95 - İssa Cibrila, 90+3

Qırmızı vərəqə: Quima, 77 ("Zirə")

İlk oyun: 1:1

Baş hakim: Luka Pairetto
Baş hakimin köməkçiləri: Cüzeppe Perrotti, Xaled Bahri
Dördüncü hakim: Paride Tremolada
(Hakimlər briqadası İtaliyadandır)
Polyud stadionu.