BAKI, 24 aprel. TELEQRAF

ABŞ və İran arasında görüş bu axşam İranın xarici işlər naziri Abbas Əraqçinin İslamabada gəlişi zamanı keçirilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Pakistan hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələr danışıqlarda irəliləyiş gözlədiklərini bildiriblər. Əsas mübahisəli məqam ABŞ-ın Hörmüz boğazını blokadaya almasıdır, lakin Pakistan mənbələrinə görə, bu məsələdə müəyyən irəliləyişlər əldə edilib.