BAKI, 24 aprel. TELEQRAF

Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, şəhərdə sakinlərin və qonaqların rahatlığını təmin etmək məqsədilə 3 yeni marşrut xətti istifadəyə verilir.

- 1 nömrəli: Qarabağ Universitetinin Klinikası – Xankəndi Tikiş Fabriki
- 2 nömrəli: Kərkicahan qəsəbəsi – Dəmiryol və Avtovağzal kompleksi
- 3 nömrəli: Qarabağ Universitetinin Klinikası – 1-ci dairə