BAKI. 31 iyul. TELEQRAF
"Qarabağ"ın Şimali Makedoniyada "Şkendiya"ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçının başlama saatı müəyyənləşib.
Teleqraf rəqib komandanın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma avqustun 5-də Skopyedəki Toşe Proeski adına Milli Arenada oynanılacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Cavab oyunu isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Hələlik matçın başlama saatı açıqlanmayıb.