BAKI, 16 iyul. TELEQRAF

Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri olan Şimali İrlandiyanın "Linfild" klubu ilə İrlandiyanın "Şelburn" komandaları cavab oyunu keçirəcək.

Teleqraf xəbər verir ki, Belfastdakı "Vindzor Park" stadionunda təşkil olunacaq I təsnifat mərhələsinin cavab görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Komandalar arasında keçirilən ilk oyunda "Şelburn" minimal hesablı qələbə qazanıb.

Günün digər oyununda isə Belarusun "Dinamo Minsk" kollektivi ilə Bolqarıstan "Ludoqorets"i üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunları

16 iyul

22:45. "Linfild" (Şimali İrlandiya) - "Şelburn" (İrlandiya)

İlk oyun - 0:1

22:45. "Dinamo Minsk" (Belarus) - "Ludoqorets" (Bolqarıstan)

İlk oyun - 0:1

15 iyul

19:00. "Kayrat" (Qazaxıstan) - "Olimpiya" (Sloveniya) - 2:0

İlk oyun - 1:1

19:30. "Linkoln Red İmps" (Cəbəllütariq) - "Vikinqur" (Farer adaları) - 1:0

İlk oyun - 3:2

21:00. "Malmo" (İsveç) - "İberiya" (Gürcüstan) - 3:1

İlk oyun - 3:1

21:00. "Milsami" (Moldova) - "KuPS Kuopio" (Finlandiya) - 0:0

İlk oyun - 0:1

21:00. RFŞ (Latviya) - "Levadiya Tallin" (Estoniya) - 1:0

İlk oyun - 1:0

21:00. "Hamrun" (Malta) - "Jalqiris" (Litva) - 2:0 (penaltilərlə - 11:10)

İlk oyun - 0:2

22:00. "Differdanj" (Lüksemburq) - "Drita" (Kosovo) - 2:3

İlk oyun - 0:1

22:00. "Şkendiya" (Şimali Makedoniya) - TNS (Uels) - 2:1

İlk oyun - 0:0

22:30. "İnter Klub Eskaldes" (Andorra) - FCSB (Rumıniya) - 2:1

İlk oyun - 3:1

23:00. "Breydyablik" (İslandiya) - "Eqnatiya" (Albaniya) - 5:0

İlk oyun - 0:1

23:00. "Buduçnost" (Monteneqro) - "Noa" (Ermənistan) - 2:2

İlk oyun - 0:1

23:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Virtus" (San Marino) - 2:1

İlk oyun - 2:0.