BAKI. 14 iyul. TELEQRAF

"Sumqayıt" klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Teleqraf "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu, yarımmüdafiəçi Uğur Cahangirovdur.

24 yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.