BAKI, 19 dekabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, "Qarabağ" və Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub.

Teleqraf-ın məlumatına görə, həkimlərin rəyinə əsasən, onun müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.

Ağdam təmsilçisinin digər üzvü Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.

Hər iki futbolçunun müalicə prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edir.