BAKI, 19 dekabr. TELEQRAF
Azərbaycan futbolunda kuryoz hadisə yaşanıb.
Teleqraf xəbər verir ki, AFFA U-16 Liqasında keçirilən "Araz-Naxçıvan" – "Turan Tovuz" oyunu bitdikdən sonra azarkeşlər meydana daxil olaraq bəzi futbolçulara zərbələr endiriblər.
Bununla bağlı AFFA İntizam Komitəsi Naxçıvan təmsilçisini növbəti üç oyunu azarkeşsiz keçirmə cəzasına məhkum edib.
Qeyd edək ki, "Rekord Arena"da keçirilən qarşılaşma "Araz-Naxçıvan"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.