BAKI, 19 dekabr. TELEQRAF

Almaniyanın “Bavariya” klubunun futbolçusu Serj Qnabri klubla müqaviləsini uzada bilər.

Teleqraf xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə rəhbərlik arasında razılıq əldə olunub.

Yeni müqavilə 2 illik olacaq. Qnabri bütün şərtləri yerinə yetirəcəyi təqdirdə, ildə 15–16 milyon avro qazanacaq.

Qeyd edək ki, Qnabri 2017-ci ildən "Bavariya"nın formasını geyinir.