BAKI, 19 dekabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XVI turunun açılış oyununda "Kəpəz" və "Turan Tovuz" komandaları qarşılaşıb.

Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən Qərb derbisində Tovuz təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

FIFA referisi Kamal Umudlunu idarə etdiyi matçda Alexandro Serrano (6-cı dəqiqə) ilə Joarlem Santos (47) fərqlənib.

Bununla da xallarının sayını 27-yə çatdıran "Turan Tovuz" üçüncü pilləyə yüksəlib. "Kəpəz" 9 xalla onuncudur.

Qeyd edək ki, turun növbəti oyunları 20-22 dekabrda baş tutacaq.