BAKI, 19 dekabr. TELEQRAF
İtaliya A Seriyasının XXIV turunun "Milan" - "Komo" oyunu Avstraliyada keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə liqanın prezidenti Etsio Mariya Simonelli "Sportmediaset"ə açıqlamasında deyib.
"Oyun planlaşdırıldığı kimi Avstraliyada keçiriləcək. FIFA prezidenti Canni İnfantino ilə bunu müzakirə etmişik. Bizim xüsusilə hakimlərlə bağlı bəzi narahatlıqlarımız var idi. UEFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina mənə asiyalı hakimlərlə bağlı zəmanət verdi. Onun bu matç üçün tövsiyə edə biləcəyi bir neçə hakim var", - deyə Simonelli vurğulayıb.
Qeyd edək ki, "Milan" - "Komo" matçının gələn ilin fevralın 8-də keçirilməsi planlaşdırılır.