BAKI, 19 dekabr. TELEQRAF
2026-cı ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı FIFA tərəfindən təsdiqlənib.
Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlki illərlə müqayisədə beynəlxalq arenada ölkəmizi təmsil edən baş hakimlərin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub.
FIFA tərəfindən təsdiqlənmiş 2026-cı il üçün referilərimizin siyahısı aşağıdakı kimidir:
Referilər:
Kişilər:
Əliyar Ağayev
Elçin Məsiyev
Kamal Umudlu
Tural Qurbanov (yeni)
Qadınlar:
Fəridə Lütfəliyeva
Referi köməkçiləri:
Zeynal Zeynalov
Akif Əmirəli
Elşad Abdullayev
Pərvin Talıbov
Namiq Hüseynov
Vüsal Məmmədov
Cəmil Qulliyev (yeni)
Asiman Əzizli (yeni)
Qadınlar:
Gülnurə Əkbərzadə
Sevda Nurıyeva
VAR hakimləri:
Nicat İsmayıllı (yeni)
İnqilab Məmmədov (yeni)
Fərid Hacıyev (yeni)
Futzal üzrə referilər:
Hikmət Qafarlı
Knyaz Əmiraslanov
Əli Cəbrayılov
Çimərlik futbolu üzrə referi:
Nail Nağıyev.