BAKI, 19 dekabr. TELEQRAF
Niderlandın "PSV" klubunun yarımmüdafiəçisi Coy Veerman karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Teleqraf xəbər verir ki, "Fənərbaxça" niderlandlı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. İstanbul nəhəngi 27 yaşlı orta xətt oyunçusu üçün onun klububa 20 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək.
Qeyd edək ki, PSV Coy Veermanı 2022-ci iilin yanvar ayında "Herenven"dən transfer edib. Niderland millisinin üzvü bu mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.