BAKI, 19 dekabr. TELEQRAF
UEFA Konfrans Liqasının əsas mərhələsinə yekun vurulub.
Teleqraf xəbər verir ki, 6 turdan sonra 36 komandanın 8-i birbaşa 1/8 final, 16-sı isə pley-off mərhələsinə yüksəlib.
Ukraynanın köklü klublarından olan "Dinamo Kiyev" klubu son turda Ermənistanın "Noah" komandası üzərində 2:0 hesablı qələbə qazanmasına baxmayaraq, pley-offa yüksələ bilməyib.
Türkiyənin turnirdə yeganə təmsilçisi “Samsunspor” Almaniyada “Maynts”a 0:2 hesabı ilə uduzaraq ilk 8-dəki mövqeyini itirib. “Qırmızı-ağlar” 12-ci yerdə qərarlaşaraq pley-offa vəsiqə qazanıb.
Arda Turanın baş məşqçisi olduğu Ukrayna “Şaxtyor"u Xorvatiyanın "Riyeka" komandası ilə heç-heçə edib və turnir cədvəlində beşinci yeri tutub.
1/8 finala birbaşa vəsiqə qazanan digər komandalar aşağıdakılardır:
“Strasburq” (Fransa), “Rakuv” (Polşa), AEK (Yunanıstan), “Sparta” (Çexiya), “Rayo Valyekano” (İspaniya), “Maynts” (Almaniya) və AEK (Kipr).

Qeyd edək ki, pley-offun püşkatması gələn il yanvarın 16-da keçiriləcək. Bu mərhələnin oyunları isə 19 və 26 fevralda baş tutacaq.