BAKI. 12 iyul. TELEQRAF

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"ın rəqibi Sloveniyanın "Tsele" komandası qapıçısı Matyaj Rozmanla vidalaşır.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı yaşlı qapıçı 9 il çıxış etdiyi kollektivdən ayrılır.

İyulun 17-də "Sabah"a qarşı cavab görüşü Rozman üçün xüsusi əhəmiyyətə malik olacaq. Həmin gün o, fəxri qonaq kimi "Tsele" azarkeşləri ilə sağollaşacaq.

Qeyd edək ki, Matyaj Rozman "Tsele"nin heyətində 208 oyunda forma geyinib, 2 dəfə Sloveniya çempionu və 1 dəfə ölkə kubokunun sahibi olub.