BAKI, 9 iyun. TELEQRAF
İspaniyanın “Barselona” klubu futbolçusu Kleman Lanqle ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
30 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Fransalı oyunçunun yeni komandası da artıq müəyyənləşib. O, İspaniyanın digər təmsilçisi “Atletiko Madrid”ə keçib. Paytaxt klubu Lenqle ilə müddəti 2028-ci ilin yayına qədər olan müqavilə bağlayıb.
Qeyd edək ki, Kleman Lenqle 2018-ci ilin yayından “Barselona”nın şərəfini qoruyurdu. O, son mövsümü icarə əsasında “Atletiko Madrid”də keçirib.