BAKI. 7 iyun. TELEQRAF

İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Kriştianu Ronaldu eks-"Barselona"lı Lionel Messiyə münasibətindən danışıb.

Teleqraf xəbər verir ki, Portuqaliya millisinin hücumçusu argentinalı həmkarına hörmətlə yanaşdığını bildirib.

Ronaldu Messi ilə 15 ildir eyni səhnədə olduğunu vurğulayıb: "Xatırlayıram ki, təntənəli mərasimlərdə ona ingiliscədən tərcümələr edirdim. Çünki özü ingiliscə pis danışırdı. O da hər zaman mənə yaxşı münasibət göstərib və hörmət edib".

Qeyd edək ki, Kriştianu Ronaldu karyerası ərzində 5 dəfə, Lionel Messi 8 dəfə "Qızıl top" mükafatını qazanıb. Portuqaliyalı hücumçu "Real Madrid"də 2009 - 2018-ci illərdə çıxış edib. Lionel Messi isə "Barselona"nın formasını 2000 - 2021-ci illərdə geyinib.