BAKI, 20 dekabr. TELEQRAF
Xocavənd rayon Statistika İdarəsinin müdiri, Əmirallar kənd sakini Tahirov Fərhad Tahir oğlu bu gün keçirdiyi avto-qəza nəticəsində ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Xocavənd rayon İcra Hakimiyyəti məlumat yayıb.
F.Tahirov idarəetməni itirərərək tabeçiliyində olan xidməti "Nissan Sunny" markalı 28 AA 021 dövlət nömrəli avtomobili yol kənarına aşırıb.
O, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb.