BAKI, 21 dekabr. TELEQRAF

İsrail ordusunun mexanikləşdirilmiş patrulu Suriya ərazisinə daxil olaraq ölkənin cənubundakı Quneytra əyalətində bir neçə yaşayış məntəqəsində əməliyyat həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

İsrail hərbçiləri yeddi zirehli texnika ilə Ayn Zeiwan, Kidna və Suweisa kəndlərinə daxil olub.

Hərbçilər ərazidə müvəqqəti yoxlama məntəqələri quraraq yaşayış məntəqələrini birləşdirən yolu bağlayıblar.

Axtarış tədbirləri zamanı şübhəli bilinən bir neçə nəfərin saxlanıldığı bildirilir.