BAKI, 20 dekabr. TELEQRAF

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Məmmədhüseyn Əzizov aralarında yaranmış münaqişə zəminində tanışı, 1989-cu il təvəllüdlü Seymur Abdulovu bıçaqlayıb.

Xəsarət alan şəxs dərhal xəstəxanaya çatdırılıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü kişi hospitalizasiya olunub. Ona dirsəyin açıq yarası diaqnozu qoyulub və Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü M.Əzizov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.