BAKI, 20 dekabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XVI turun daha iki oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, əvvəlcə "Karvan-Yevlax" "Neftçi"ni qəbul edəcək.
Saat 14:00-da başlanacaq matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Günün digər görüşündə isə "İmişli" "Zirə"nin qonağı olacaq. Saat 16:30-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmanın baş hakimi Cavid Cəlilov olacaq.
Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XVI tur
20 dekabr
14:00. “Karvan-Yevlax” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax şəhər stadionu
16:30. “Zirə” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu