BAKI, 21 dekabr. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirakı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “RIA Novosti”yə açıqlamasında bildirib.

Qeyd edək ki, MDB üzv dövlətləri liderlərinin ənənəvi qeyri-rəsmi görüşü dekabrın 22-də keçiriləcək.