BAKI, 20 dekabr. TELEQRAF
İspaniyanın “Barselona” klubunun və Polşa milli komandasının hücumçusu Robert Levandovski ölkəsinin ali dövlət mükafatlarından biri ilə təltif olunub.
Teleqraf xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski ulduz futbolçuya “Polşa Respublikası qarşısında xidmətlərə görə” ordenini təqdim edib.
Qeyd edək ki, sözügedən mükafat 2009-cu ildə Polşa Xarici İşlər Nazirliyi tərəfindən təsis edilib. Bu medal ölkənin beynəlxalq arenada tanıdılmasına və nüfuzunun artırılmasına mühüm töhfə vermiş şəxslərə təqdim olunur. Robert Levandovski futbol sahəsindəki uğurları ilə Polşanı dünyada ən yaxşı təmsil edən idmançılardan biri kimi bu yüksək mükafata layiq görülüb.