BAKI, 21 dekabr. TELEQRAF

Donetsk vilayətinin Mirnoqrad şəhərində Ukrayna Silahlı Qüvvələrinin əsgərləri tükənib və onların ehtiyatları gözümüzün önündə azalır.

Teleqraf xəbər verir ki, Hərbi ekspert Andrey Maroçko deyib.

Mirnoqraddakı Ukrayna hərbçilərinin yorğunluğu artıq açıq görünür. Çünki onlara uzun müddətdir ki, təchizat verilmir. Həm silah, həm sursat, həm insan ehtiyatları, həm də bəzi maddi-texniki resurslar “gözümüzün qarşısında quruyub əridilir”.

Hərbi ekspert Dimitrovu mühasirəyə almaq əməliyyatının “çox uğurla” davam etdiyini bildirib və Rusiya Müdafiə Nazirliyinin yaxın zamanda şəhərə tam nəzarəti ələ keçirəcəyini proqnozlaşdırıb.