BAKI, 21 dekabr. TELEQRAF
Ukrayna ABŞ-nin Rusiya ilə üçtərəfli görüş keçirmək təklifini dəstəkləyir.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Belə bir görüşün yeni nəticələr verəcəyinə şübhə ilə yanaşıram. Çünki bu formatda tərəflər Türkiyədə də görüşüblər. Amma həmin görüş zamanı əsir mübadiləsi ilə bağlı razılaşma əldə olunmuşdu. Çətin məsələlər var ki, onları dövlət başçıları həll etməlidir.
Ona görə də nəticələr – ya əsir mübadiləsi, ya da digər razılaşmalar olarsa, mən buna qarşı ola bilmərəm. Biz ABŞ-nin təklifini dəstəkləyirik", – deyə Zelenski bildirib.