BAKI, 20 dekabr. TELEQRAF
Bu gün Fransanın Korsika şəhərində yoldan keçənləri hədələyən bıçaqlı şəxs polis tərəfindən güllələnərək öldürülüb.
Teleqraf "Associated Press"ə istinadən xəbər verir ki, polis günorta saatlarında Ajaçço şəhərindəki bir mağazada naməlum şəxsin yoldan keçənləri bıçaqla hədələməsi barədə məlumat alıb. Polislər gələnə qədər 26 yaşlı kişi artıq hadisə yerindən qaçmışdı. Daha sonra o, bıçaq əlində şəhər mərkəzinin başqa bir hissəsində tapılıb. Polis ona silahı yerə atmağı əmr edib, lakin o, imtina edib.
Daha sonra elektroşokerdən istifadə edilib, lakin bu, onu dayandıra bilməyib. Kişi bıçaqla zabitlərə hücum edib və bu, onları atəş açmağa vadar edib. Təcili yardım xidmətlərinin müdaxiləsinə baxmayaraq, o, hadisə yerində ölüb. Polis əlavə edib ki, zabitlərdən biri əlindən yüngül xəsarət alıb.