BAKI, 20 dekabr. TELEQRAF

Türkiyənin “Beşiktaş” klubu Rusiya “Zenit”indən Strahinya Erakoviçi transfer etmək istəyir.

Teleqraf məşhur jurnalist Pablo Oliveyraya istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi Türkiyə klubuna agentlər vasitəsilə təklif olunub.

Qeyd edək ki, Strahinya Erakoviç “Zenit”ə 2023-cü ilin yayında "Srvena Zvezda"dan qoşulub. O, bu müddət ərzində 85 oyunda meydana çıxıb və altı məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.