BAKI. 7 iyun. TELEQRAF

Fransanın "Marsel" klubunun futbolçusu Luis Enrike İtaliya "İnter"inə keçib.

Teleqraf Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlanılıb.

23 yaşlı oyunçunun transfer məbləği 25 milyon avro təşkil edib.

Qeyd edək ki, 2024/2025 mövsümündə Luis Enrike "Marsel"in heyətində 35 oyuna 9 qol vurub və 10 məhsuldar ötürmə verib. O, əvvəllər Braziliyanın "Botafoqo" komandasının formasını geyinib. Ötən mövsüm "Marsel" Liqa 1-də 2-ci yeri tutaraq, Çempionlar Liqasında iştirak hüququ qazanıb.

"İnter" isə A Seriyasında eyni pillənin sahibi olub və UEFA Çempionlar Liqasının finalında PSJ-yə uduzub - 0:5. PSJ-nin baş məşqçisi də ispaniyalı Luis Enrikedir.