BAKI. 6 iyun. TELEQRAF

Futbol üzrə Ermənistan milli komandası ardıcıl üçüncü matçında böyük hesabla uduzub.

Teleqraf xəbər verir ki, Con vant Sxipin baş məşqçi olduğu kollektivi bu dəfə Kosovo yoldaşlıq görüşündə darmadağın edib - 5:2.

Kosovonun paytaxtı Priştinada təşkil olunmuş qarşılaşmada Ermənistan millisi ilk yarını 2:1 hesabı ilə öndə tamamlayıb. Fasilədən sonra balkanlılar oyunda dönüş etməy bacarıblar.

Qeyd edək ki, Ermənistan millisi daha əvvəl UEFA Millətlər Liqasındakı keçid pley-off qarşılaşmalarında Gürcüstana evdə 0:3, səfərdə 1:6 hesabı ilə məğlub olub.