BAKI. 24 may. TELEQRAF

Azərbaycanın əsas millisi ilə 21 yaşadək futbolçulardan ibarət yığma komandası arasında yoldaşlıq görüşü keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə U-21-in baş məşqçisi Ayxan Abbasov bildirib.

Onun sözlərinə görə, qarşılaşma mayın 30-da olacaq.

Abbasov matçın təşkili ilə əlaqədar əsas millinin baş məşqçisi Fernandu Santuşa təşəkkür edib: "Çalışacağıq ki, heyətə dəvət etdiyimiz 30 futbolçunun hamısını bu oyunda görək. Təklif Santuşdan gəldi, həqiqətən də sevindirici oldu".

Qeyd edək ki, Azərbaycanın əsas millisi iyunun 7-də səfərdə Riqada Latviya, iyunun 10-da Bakıda Macarıstanla üz-üzə gələcək. U-21 isə iyunun 4-də Minskdə Belarus, iyunun 8-də Sumqayıtda Monteneqro ilə qarşılaşacaq.