BAKI, 21 dekabr. TELEQRAF
ABŞ hakimiyyəti Venesuela sahillərində neft tankerini saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
ABŞ sanksiyalar siyahısında olan "Bella 1" adlı tankeri dayandırıb. Panama bayrağı altında üzən gəmi Venesuelaya neft yükləmək məqsədilə hərəkət edirmiş.
Hadisə Vaşinqtonun daha əvvəl elan etdiyi dəniz blokadası çərçivəsində baş verib.
Məlumata əsasən, tanker ABŞ qüvvələri tərəfindən Venesuela sahillərinə yaxın ərazidə ələ keçirilib. Rəsmi qurumlar hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.