BAKI, 21 dekabr. TELEQRAF

Rusiya ABŞ və digər tərəflərin Ukrayna böhranının nizamlanması ilə bağlı əldə olunmuş bütün razılaşmalara əməl edəcəyini gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov jurnalistlərin Mayamidə aparılan danışıqlardan sonra Moskvanın hansı nəticələri gözlədiyi ilə bağlı sualını cavablandırarkən danışıb.

Uşakovun sözlərinə görə, müzakirələr zamanı, o cümlədən Ankoricdə əldə olunmuş razılaşmaların icrası vacibdir.

“Amerikalılar və digərləri razılaşdırılmış öhdəliklərə əməl etməlidirlər. Bu, təkcə Ankoric deyil, digər danışıqlara da aiddir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, məhz bu razılaşmalara sadiqlik səmərəli əməkdaşlığın davamı üçün əsas şərtdir.