MİNGƏÇEVİR. 21 dekabr. TELEQRAF

Mingəçevirdə baş verən yol qəzasında 5 nəfər yaralanıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, 2004-cü il təvəllüdlü sürücü Əliyev Xalid Rövşən oğlu, 2003-cü və 2005-ci il təvəllüdlü Şükürov Sahil və Şükürov Sənan xəsarət alıb.

***

22:28

Mingəçevirdə yol qəzası baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

"Hyundai" və "Vaz-2106" markalı maşınların toqquşub. İlkin məlumata görə, yaralanan şəxslər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.