BAKI, 11 aprel. TELEQRAF
AFFA-nın 2024-cü il üzrə maliyyə hesabatı açıqlanıb.
Teleqraf xəbər verir ki, qurumun ötən il ərzində 44 milyon 347 min 238 manat gəlir əldə edib.
AFFA-ya baş sponsor SOCAR tərəfindən maliyyə dəstəyi və qrant müqavilə çərçivəsində ümumi olaraq 18 milyon 300 min manat vəsait ayrılıb.
AFFA-nın 2024 il üzrə ümumi gəlirləri:
1. UEFA - 7 milyon 628 min 997 manat
2. "AzərMaş" - 5 milyon 723 min manat
3. FIFA - 4 milyon 947 min 858 manat
4. Azərbaycan milli komandasının Yayım Hüququ gəliri - 4 milyon 414 min 470 manat
5. "Bank Respublika" - 2 milyon manat
6. "Azərlotereya" - 118 min manat
7. "Paşa Sığorta" 118 min manat
8. AZAL - 88 min 500 manat
9. "Xırdalan" - 59 min manat
10. Digər gəlirlər - 949 min 413 manat
AFFA-nın 2024-cü ildə xərcləri isə 33 milyon 438 min 355 manat təşkil edib.
Milli komandalara ayrılan vəsait 15 milyon 708 min 658 manatdır.
AFFA-nın 2024 il üzrə xərclərinin bölgüsü:
1.Milli komandalara xərclənən vəsaitlər - 15 milyon 708 min 658 manat
2. Əmək haqqı və ezamiyyə xərcləri - 6 milyon 100 min manat
3. Hakimlər və Hakim-İnspektorlar - 4 milyon 139 min 618 manat
4. Oyunların təşkili* - 1 milyon 703 min 677 manat
5. Qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, Region Liqası və digər turnirlərin keçirilməsi - 1 milyon 566 min 429 manat
6. VAR layihəsinin tətbiq olunması - 791 min 515 manat
7. Lisenziyalaşdırma və Maliyyə - 547 min 169 manat
8. Təsərrüfat xərcləri - 486 min 712 manat
9. Nəqliyyat xərcləri - 469 min 785 manat
10. Mühafizə xərcləri - 354 min 588 manat
11. Kütləvi futbolun inkişafı - 346 min 792 manat
12. Digər xərclər - 256 min 186 manat
13. "Elit Məşq" Layihəsi - 256 min 93 manat
14. Marketinq və Sponsorluq Departamenti - 246 min 929 manat
15. Kommunal və rabitə xərcləri - 178 min 961 manat
16. Təhsil - 149 min 529 manat
20. Aviabilet və hotel xərcləri - 135 min 714 manat.