
TOVUZ, 28 mart. TELEQRAF
"Üçüncü qoladək cavab qoluna ümid edirdik. Lakin bu qol və rəqibin əvəzetmələrindən sonra şanslar itdi".
Teleqraf xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev evdə "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.
71 yaşlı mütəxəssis komandasında qələbə istəyinin oyun nizam-intizamına uduzduğunu söyləyib: "Qarabağ"ın əvəzetmələri oyunun gedişatını öz xeyirlərinə gücləndirdi. Bizim komandada isə oyun nizam-intizamı daha az idi, nəinki əvvəlkilərdə. Həvəs isə həddindən artıq çox idi. Bu da müəyyən mənada bizə mane oldu".
Komandasında iki oyunçunun cəza üzündən növbəti görüşü buraxacağını bildirən Berdıyev son oyunlardakı uğursuzluqları belə şərh edib: "Təbii ki, bir ağrı var və mənə də təsir edir. Bu da ondan ibarətdir ki, azarkeşlərimizi sevindirə bilmirik. Baxmayaraq ki, onlar bizə həm ev, həm də səfər matçlarında dəstək olurlar".
Baş məşqçi bu gün "Turan Tovuz"un əsas komandası üçün binanın açılışı barədə də fikirlərini bölüşüb: "Komandamız tarixində bu, ciddi atılmış addımdır. Buna görə klub rəhbərliyinə təşəkkürümü bildirirəm".