
BAKI, 31 mart. TELEQRAF
Rusiya və ABŞ faydalı qazıntıların çıxarılması sahəsində birgə layihələri müzakirə etməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyev "İzvestiya"ya verdiyi müsahibədə bildirib.
"Faydalı qazıntılar əməkdaşlıq üçün vacib sahədir və biz artıq bu sahədə Rusiyada müxtəlif layihələrin müzakirəsinə başlamışıq",- qeyd edib.