BAKI, 31 mart. TELEQRAF

Ukraynada prezident seçkiləri may ayında təyin ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə ukraynalı siyasətçi və bloqer Anatoliy Şariy öz “Telegram” kanalında məlumat verib.

"ABŞ tərəfindən Kiyevə irəli sürülən təklifi nəzərə alaraq, ondan imtina etmək mümkün deyil. Seçkilər may ayında təyin ediləcək", - Şariy bildirib.