BAKI, 31 mart. TELEQRAF
Almaniya Cənubi Qafqazda sülhün tərəfdarıdır.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, erməni həmkarı Vaaqn Xaçaturyanla İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib.

Almaniya lideri, Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı əldə olunan irəliləyişi çox təsirli hesab edib və tərəfləri təbrik edib.