
BAKI, 31 mart. TELEQRAF
Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri üç respublikanın dövlət sərhədlərinin birləşməsi qovşağı haqqında saziş imzalayıblar.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Saziş Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü zamanı imzalanıb.
Bundan əlavə, liderlər Xucənd Bəyannaməsini imzalayaraq əbədi dostluq münasibətlərini təstiq ediblər.