BAKI, 31 mart. TELEQRAF

Ukraynanın Buça şəhərini azad edilməsinin üç illiyi münasibəti ilə tədbir keçirdilib, ölən əsgərlər anılıb.

Teleqraf xəbər verir ki, mərasimə bölgə sakinləri, həlak olan əsgərlərin yaxınları, dostları və həmkarları qatılıblar.

Mərasim iştirakçıları qəbir üstünə çiçəklər qoyub və şamlar yandırıblar.

Rus işğalı altında keçən 33 gün ərzində Buçada 561 nəfər həyatını itirib.

Qeyd edək ki, Rus qoşunları 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğallara başladıqdan sonra Buçanı sürətlə işğal edib və təxminən bir ay burada qalıblar. Ancaq sonradan Ukrayna ordusu şəhəri geri alıb.