BAKI, 27 mart. TELEQRAF

Fransa çempionatında ən çox qazanan futbolçuların adları açıqlanıb.

Teleqraf “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, siyahıda ilk “onluq”dakı bütün futbolçular PSJ-ni təmsil edir.

Gürcüstan yığmasının oyunçusu Xviça Kvaratsxeliya da ən çox maaş alanlar arasındadır. Ayda 900 min avro gəliri olan gürcü Vitinya ilə birgə 6-7-ci yerləri bölüşür.

Liqa 1-də ən çox qazanan isə Paris klubunun ulduzu Usman Dembeledir (1,5 milyon). PSJ-nin digər futbolçuları - Markinyos (1,12 milyon) və Lyuka Hernandesin (1,1 milyon) də aylıq gəlirləri milyon avrodan çoxdur.