BAKI, 30 mart. TELEQRAF

Bərdədə zəncirvari avtomobil qəzası olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Bərdədən Ağdama gedən magistrla yolda baş verib.

Belə ki, "Mersedes" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub, daha sonra maşınlardan biri "Mersedes Vita" markalı mikroavtobusa çırpılıb. Hadisə zamanı avtomobillər ciddi zərər görüb, iki nəfər şəxs isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.