QAZAX, 30 mart. TELEQRAF

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkokuryerlik edən Rövşən Əliyev və Valeh Valehov saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 2 kiloqrama yaxın narkotik vasitə- marixuana, metamfetamin və heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.