BAKI, 30 mart. TELEQRAF

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin azərbaycanlı həmkarı Əli Əsədova məktub ünvanlayıb.

Teleqraf xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Əli Əsədov, Belarus Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağım münasibətilə təbriklərinizə görə səmimi minnətdarlığımı qəbul edin.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq dost xalqlarımızın rifahı naminə bundan sonra da qarşılıqlı hörmət və etimadlı dialoq şəraitində inkişaf edəcəkdir. Hörmətli Əli Əsədov, fürsətdən istifadə edərək, Sizə cansağlığı, mühüm dövlət vəzifələrinin həllində yaradıcılıq enerjisi arzulayıram".