BAKI, 27 mart. TELEQRAF

Bundesliqada ən çox maaş alan futbolçuların adları açıqlanıb.

Teleqraf “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, Almaniya çempionatında məvacibi yüksək olan 5 futbolçunun hamısı “Bavariya”da çıxış edir.

Ayda hərəyə 2,1 milyon avro gəliri olan hücumçu Harri Keyn və yarımmüdafiəçisi Camal Musiala ilk pillələrdə mövqe tutublar.

Qapıçı Manuel Noyerlə komanda yoldaşı Tomas Müller hərəyə 1,66 milyon avro məvacib alırlar. Daha bir “Bavariya”lı Kinqsli Komanın isə aylıq gəliri 1,42 milyon avrodur.