
BAKI, 27 mart. TELEQRAF
Rusiyanın "Dinamo" (Mahaçqala) və "Anji" klublarının sabiq mətbuat katibi Aydəmir Daqanov Dağıstanda vəfat edib.
Teleqraf "Dinamo"nun rəsmi saytına istinadən xəbər verir ki, jurnalist 54 yaşında dünyasını dəyişib.
O, uzun müddət ağır xəstəliklə mübarizə aparmaqla yanaşı, fəal yaradıcılıq işləri ilə də məşğul olub.
Daqanov fotoqraf, bloger, jurnalist, yerli "Dağıstan" telekanalında futbolla bağlı verilişin aparıcısı kimi tanınıb.