
BAKI, 11 mart. TELEQRAF
Kiyev Ukrayna və ABŞ arasında danışıqların çox konstruktiv getdiyi barədə Avropa İttifaqını məlumatlandırıb.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
"Hazırda gedən danışıqlara gəlincə, Ukraynadan aldığımız məlumatlara görə, danışıqlar çox konstruktiv şəkildə gedir", - Kallas bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında Ukrayna ilə ABŞ arasında danışıqlar baş tutub.