BAKI, 11 fevral. TELEQRAF

Heydər Əliyev Mərkəzində “Cənnət yuxusu” (Mirzə Qədim İrəvani-200) bədii-sənədli filminin təqdimatı keçirilib.

Teleqraf xəbər verir ki, film XIX əsrdə yaşamış görkəmli Azərbaycan portretçisi və ornamentalist rəssamı Mirzə Qədim İrəvanidən bəhs edir.

Ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov olan film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaradıcı Azərbaycan” tədbirlər planı çərçivəsində istehsal olunub.